Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də Bakı şəhər sakini Sahibə Məsimovaya məxsus gözəllik salonundan 600 manat pul oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Nuhan Gülümcanov saxlanılıb.
Araşdırma aparılır.