Gözəl Bayramlının həbs müddəti uzadıldı
06 oktyabr 2017 12:54 (UTC +04:00)

Gözəl Bayramlının həbs müddəti uzadıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının həbs müddəti uzadılıb.
 
Vəkil Zibeydə Sadıqovanın APA-ya verdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsi həbs müddətinin dekabrın 25-nə qədər uzadılması haqda qərar çıxarıb.
 
 
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Gözəl Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

APA Baycan

Oxşar yazılar