Göygöldə narkotik alverçiləri ələ keçirilib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakinləri İntiqam Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 8 ədəd çətənə kolu, özündən isə 655,91 qram marixuana, Sahib Məmmədova məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.