Göyçayda bədbəxt hadisə: <b>1 nəfər kanalda batıb</b> - <span style="color:red;">YENİLƏNİB
10 aprel 2014 18:53 (UTC +04:00)

Göyçayda bədbəxt hadisə: 1 nəfər kanalda batıb - YENİLƏNİB

Göyçay rayonunda bədbəxt hadisə baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Şirvan kanalının Göyçay rayonu, Cəyirli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması ilə bağlı məlumat daxil olub. Həmin şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub.

 

Axtarışlar davam etdirilir.

 

# 854
avatar

Oxşar yazılar