Gördüyü yuxuya görə arvadını öldürən şəxsin istəyi reallaşmadı
29 iyun 2015 11:39 (UTC +04:00)

Gördüyü yuxuya görə arvadını öldürən şəxsin istəyi reallaşmadı

Bakı Apelyasiya Məhkəməsində gördüyü yuxuya görə həyat yoldaşını qətlə yetirən təqsirli bilinən 1978-ci il təvəllüdlü Aydın Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Aydın Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, qətl keçən il avqust ayında Pirallahı qəsəbəsində baş verib. Qəsəbə sakini Aydın Məmmədov həyat yoldaşı Elnarə Məmmədovanı yuxudan oyadaraq onu möhkəm döyüb, saçından yapışaraq yerdə sürüyüb, daha sonra isə bıçaqla çoxsaylı zərbələr endirərək  xüsusi amansızlıqla qətlə yetirib.     

 

Həyat yoldaşını qətlə yetirdikdən sonra Aydın Məmmədov özü də intihar etmək niyyətinə düşüb. Amma bu istəyini həyata keçirə bilməyib.

 

 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Səlcuq Elçin

Oxşar yazılar