Düz bağırsağında İrandan heroin, həşiş və metodon keçirmək istədi
03 avqust 2015 17:05 (UTC +04:00)

Düz bağırsağında İrandan heroin, həşiş və metodon keçirmək istədi

0

Azərbaycana narkotik maddə keçirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşları - Samit Baxşiyev və Fizuli Əmənov birlikdə piyada yolla İrandan Azərbaycana gələrkən onların üzərində şəxsi yoxlama aparılıb.

 

Şəxsi yoxlama zamanı F.Əmənovun daxili orqanından (düz bağırsağından) 2 ədəd bağlamada ümumi xalis çəkisi 56,396 qram olan narkotik vasitə - heroin, 1 ədəd bağlamada xalis çəkisi 2,47 qram olan narkotik vasitə - həşiş və ümumi sayı 29 ədəd həb şəklində olan narkotik vasitə - metadon aşkar olunub. 

 Faktla bağlı təhqiqat aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar