Biləsuvar gömrükçüləri həşiş qatranı aşkar ediblər. Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Naxçıvana keçmək istəyən Azərbaycan vətəndaşı Rasim Alquliyevin idarə etdiyi “Qaz-2747” markalı yük avtomobilinə baxış keçirilib , çəkisi 50,14 qram olan həşiş qatranı götürülüb.