“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində Azərbaycanda fərqlənən gənclər üçün Prezident mükafatı təsis olunacaq.
APA-nın xəbərinə görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında deyib ki, hazırda mükafatın qaydaları və əsasnaməsi hazırlanır. Onun sözlərinə görə, əsasnamə dövlət qurumları ilə razılaşdırma mərhələsindədir: “Qaydalara görə, hər il müəyyən sayda elm və təhsil, mədəniyyət və incəsənət, ictimai fəallıq üzrə fərqlənən gənclərin qiymətləndirilməsi nəzərdə tutulur. Yaxşıların-yaxşısının yüksək səviyyədə qiymətləndirilməsi seçimlər çox sərt olacaq. Bu işin həyata keçirilməsi üçün aidiyyatı dövlət qurumları və ictimaiyyət nümayəndələrindən ibarət olan müvafiq seçim komissiyası formalaşdırılacaq. Bu mükafat hər il təqdim olunacaq. Amma hər il yaxşıların-yaxşısının sayı fərqlənə bilər. İldə 6 nəfərə bu mükafatın verilməsi nəzərdə tutulur”.