Gəncə şəhərində bir sıra oğurluqlar törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb ediliblər. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayından bu ilin mart ayınadək olan müddətdə rayon ərazisində 17 avtomobildən güzgü, akkumulyator, maqnitofon, səsgücləndiricilər, 2 həyətyanı sahədən isə məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Nicat Cəlilov və Mayıl Həsənov saxlanılıblar.
Kəpəz RPİ-də cinayət işi başlanılıb.