Gəncədə mənzildən qadın meyiti tapılıb. Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1941-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən sonra məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə fərdi yaşayış evinin giriş qapısını bayır tərəfdən açaraq mənzilə daxil olub. Mənzilə baxış keçirilərkən Elmira Kazım qızı Əliyevanın cəsədi hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində E.Əliyevanın vəfat etdiyi müəyyən olunub.
Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.