Test imtahanında aşağı nəticə göstərən qız özünü öldürüb - TƏFƏRRÜAT
18 sentyabr 2017 13:01 (UTC +04:00)

Test imtahanında aşağı nəticə göstərən qız özünü öldürüb - TƏFƏRRÜAT

Dünən Gəncə şəhərində məktəbli qızın intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, şəhərin Təbriz küçəsində yaşadığı evdə özünü asaraq həyatına son qoyan 15 yaşlı Gülçin Qəmbərli 16 saylı orta məktəbin 10-cu sinif şagirdi olub. O, sentyabrın 15-də ilk dərs günündə iştirak edib. Lakin dünən səhər məktəb rəhbərliyi şagirdləri şəhərdə keçiriləcək marafona apararkən Gülçinin gəlmədiyi məlum olub. Xəbər gəlib ki, yeniyetmə qız intihar edib.

 

İlkin araşdırma zamanı məlum olub ki, G.Qəmbərli məktəbdən əlavə hazırlıq kursuna gedirmiş və kursda keçirilən test imtahanında aşağı nəticə göstərib. Bu səbəbdən evdə anası onu danlayıb. Psixoloji sarsıntı keçirən qız daha sonra özünü asıb.

 

Araşdırmalar davam etdirilir.

 

 

*****

 

 

17 sentyabr

 

 

Gəncədə 9-cu sinif şagirdi intihar edib.

 

APA-nın Qərb bürosunun məlumatına görə, şəhərin Təbriz küçəsində yaşayan 2002-ci il təvəllüdlü Qəmbərli Gülçin Arzu qızı yaşadığı mənzildə özünü asıb.

 

Yaxınları G. Qəmbərlini dərhal xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 120

Oxşar yazılar

İki aylıq  qızını satan ana   saxlanıldı

İki aylıq qızını satan ana saxlanıldı

13 fevral 2025 , 17:49
Bakıda küçədə  kişi meyiti tapıldı

Bakıda küçədə kişi meyiti tapıldı

13 fevral 2025 , 17:36
Məhkəmə Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERDİ

Məhkəmə Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERDİ

13 fevral 2025 , 16:42
Tiktoker və model Çelsi həbs edildi

Tiktoker və model Çelsi həbs edildi

13 fevral 2025 , 16:25
Sumqayıtda bağban ağacdan yıxılıb öldü

Sumqayıtda bağban ağacdan yıxılıb öldü

13 fevral 2025 , 15:53
Bakıda evdən qızıl  oğurlayan qadınlar  tutuldu

Bakıda evdən qızıl oğurlayan qadınlar tutuldu

13 fevral 2025 , 15:13
"Turan" informasiya agentliyi fəaliyyətini dayandırdı

"Turan" informasiya agentliyi fəaliyyətini dayandırdı

13 fevral 2025 , 14:56
Məşhur "Show Baku" restoranı bağlandı - VİDEO

Məşhur "Show Baku" restoranı bağlandı - VİDEO

13 fevral 2025 , 11:40