Gəncədə ruhi əsəb xəstəliyindən əziyyət çəkən və itkin düşən qadın tapılıb.
Lent.az-ın məlumatına görə, Gəncə şəhəri, Atatürk prospekti 197, ev 12, mənzil 47 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Çinarə Abdullayeva mayın 21-də heç kimə xəbər vermədən evdən çıxıb və bir daha geri qayıtmayıb.
Polis əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində dünən Ç.Abdullayeva Tovuz rayonu Alakol kəndində tapılaraq ailəsinə təhvil verilib.