Gəncədə bıçaqlanma  - <span style="color:red;">YENİLƏNİB
09 dekabr 2015 02:34 (UTC +04:00)

Gəncədə bıçaqlanma - YENİLƏNİB

0

Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə Gəncə şəhər sakinləri, 1994-cü il təvəllüdlü Faiq Sadıqov sol sarğı nahiyəsinin kəsilmiş-deşilmiş yarası və 1996-cı il təvəllüdlü Hüseyn Mayılov sağ budunun kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

 

Onlar dərhal əməliyyat ediliblər, vəziyyətləri orta ağır qiymətləndirilir. Yaralıları təcili tibbi yardım avtomobili şəhərin Heydər Əliyev prospektində yolun kənarından gətirib.

 

Cinayətin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar