<b>Gəncədə "VAZ" qəzaya düşdü: 1 ölü, 6 yaralı</b> - <span style="color:red;">YENİLƏNİB
19 may 2016 03:00 (UTC +04:00)

Gəncədə "VAZ" qəzaya düşdü: 1 ölü, 6 yaralı - YENİLƏNİB

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində, “Nizami Sovxozu” adlanan ərazidə qeydə alınıb. 1981-ci il təvəllüdlü Surac Abdullayev yüksək sürətlə idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolu tənzimləyən beton maneəyə çırpıb.

 

Qəza zamanı sürücü və avtomobildə olan 6 nəfər, 1995-ci il təvəllüdlü Anjela Mirasliçenko, 1998-ci il təvəllüdlü Ramin Abdullayev, 1988-ci il təvəllüdlü Rıslan Mirasliçenko onun qızı 2006-cı il təvəllüdlü Fatimə, 1979-cu il təvəllüdlü Sergey Mirasliçenko və 1993-cü il təvəllüdlü Doçenko Arsen adlı şəxslər müxtəlif bədən xəsarətləri alaraq Gəncədə olan iki xəstəxanaya yerləşdiriblər. Tibbi yardıma baxmayaraq sürücü Surac Abdullayev xəstəxanada ölüb.

 

Qeyd edək ki, qəzaya düşənlər qaraçılardır və onlar Gəncənin Natəvan qəsəbəsində məskunlaşıblar. 

 

Hadisəyə avtomobilin sərxoş vəziyyətdə idarə edilməsinin səbəbə olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

 

*****23.58

 

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 23 radələrində şəhərin Üzeyir Hacıbəyov küçəsində, “Nizami Sovxozu” adlanan ərazidə qeydə alınıb. Məlumata görə,  “VAZ” markalı avtomobilin idarəetmədən çıxaraq, maneəyə çırpılması nəticəsində 6  nəfər xəsarət alıb. Xəsarət alanlar arasında piyadaların da olduğu bildirilir. 

 

Xəsarət alanlardan 4-ü Abbas Səhhət adına xəstəxanaya, ikisi isə Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Xəsarət alanlardan  biri uşaq, üçü isə böyükdür.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306

Oxşar yazılar

Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ

Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ

11 iyul 2025 , 21:18
 Cadugərlikdə   ittiham edib qonşusunu vəhşicəsinə öldürdü

Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü

11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI

Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI

11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən  qadın öldü -  YENİLƏNİB

Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB

11 iyul 2025 , 17:48