Gəncədə “Mercede Vito” iki piyada vurub: biri ölüb,o biri yaralanıb - <span style="color:red;">YENİLƏNİB
11 aprel 2014 10:07 (UTC +04:00)

Gəncədə “Mercede Vito” iki piyada vurub: biri ölüb,o biri yaralanıb - YENİLƏNİB

Gəncədə yolu keçmək istəyən iki şəhər sakinini avtomobil vurub.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə aprelin 10-da saat 23 radələrində şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib. Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Emin Vaqif oğlu Rüstəmovla, həmyaşıdı Mehdi Nuru oğlu Cəfərov yolu keçmək istəyərkən, şəhər sakini Fehruz Abbas oğlu Əsgərovun idarə etdiyi “Mercede Vito” markalı avtomobil tərəfindən vurulub. 29 yaşlı E. Rüstəmov hadisə yerində dünyasını dəyişib, M Cəfərov isə ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

# 593
avatar

Oxşar yazılar