Gədəbəy rayonunda ev yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Düzyurd kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və 1 otağın tavanı 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Oxşar hadisə Bakı şəhəri, Xəzər rayonunda da qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin asma tavanı 16 kv.m sahədə, soyuducu və mətbəx mebeli qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.