Gədəbəy rayonunun Slavyanka kəndində Zirəddlin Rzayev çoban itlərinin hücumuna məruz qalıb.
Lent.az-ın ANS TV-ə istinadən verdiyi məlumata görə, hadisə dünən baş verib. Qonşunun iki çoban iti kənd sakini 54 yaşlı Zirəddin Rzayevə hücum çəkib. İtlər Zirəddin Rzayevin burun və dodağını qoparıblar.
Kənd sakini təcili Bakıya çatdırılb və Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə yerində axtarış aparan qohumları Zirəddin Rzayevin qoparılmış üz nahiyələrini taparaq xəstəxanaya göndəriblər. Həkim Həsən Əsədovun səyi nəticəsində xəstənin qoparılmış toxumaları bərpa olunub və hazırda onun vəziyyəti normaldır.
Gədəbəydə itlər dodağını qopartdılar, Bakıda yerinə tikdilər
1507