Gədəbəydə avtomobil dərəyə aşıb, ölən var
12 aprel 2014 05:24 (UTC +04:00)

Gədəbəydə avtomobil dərəyə aşıb, ölən var

Bu gecə Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Lent.az-ın nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “VAZ” markalı minik avtomobili dərəyə yuvarlanıb.

 

Nəticədə, sürücü avtomobildən kənara çıxaraq, aldığı müxtəlif bədən xəsarətləri nəticəsində həlak olub.

 

Yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi dərədən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

# 616
avatar

Oxşar yazılar