<b>Vidadi Zeynalov MTN generallarının məhkəməsində danışdı - <span style="color:red;">YENİLƏNİB </b>
13 iyul 2017 17:20 (UTC +04:00)

Vidadi Zeynalov MTN generallarının məhkəməsində danışdı - YENİLƏNİB

0
Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
 
Lent.az-ın məlumatına görə, Sabunçu rayon Məhkəməsinn inzibati binasında baş tutan prosesdə Vidadi Zeynalov istintaqa verdiyi ifadəsini təsdiqləyib.
 
 

Vidadi Zeynalov istintaqa verdiyi ifadəsində qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin direktoru Beytulla Hüseynova verdiyi göstəriş əsasında direktor ona pul verib:

 

"2009-cu ildə hər ayda 200 min manat mənə verilib. 2012-ci ildə 300 min manat verilirdi. Bəzi hallarda, yəni həmin ilin yanvar-fevral aylarında abonentlər aylıq abunə haqqını ilkin olaraq bir dəfəyə ödəyən zaman 500-600 min manat da təqdim olunurdu. Son üç ildən etibarən isə hər ayda stabil olaraq 400 min manat pul vəsaitini ayın sonları, növbəti ayın əvvəllərində BTRİB-in baş mühasibi Anar Mustafayev vasitəsilə mənə verilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər struktur qurumlarından da hər ayda həmin nazirliyə külli miqdarda pul verilib, bütün pullar nazirin göstərişi ilə məndə toplanırdı və nazirin göstərişi ilə də müəyyən olunan qaydada Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin rəisi Teymur Quliyevə 50 min dollar, Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsinin rəisi Sübahir Qurbanova isə sürücüləri vasitəsilə 100 min dollar pul vermişəm. Sübahir Qurbanovun sürücüsünün adı Ramin olub, Teymur Quliyevin sürücüsünün adı isə yadımda qalmayıb. Ümumilikdə Sübahir Qurbanova 4 milyon dollar, Teymur Quliyevə isə 900 min ABŞ dolları pul göndərmişəm. Həmin qayda MTN və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərləri tərəfindən müəyyən olunub”.

Məhkəmə prosesi davam edir
 
***
 
15:44
 
Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
 
APA-nın məlumatına görə, hazırda iclasda Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov şahid qismində ifadə verir. 
 
Qeyd edək ki, dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.
 
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.
 
Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. Onların barəsində cinayət işi ayrıca icraata verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 323

Oxşar yazılar