Fuad Qəhrəmanlının həbsindən apellyasiya şikayəti verilib
09 dekabr 2015 16:07 (UTC +04:00)

Fuad Qəhrəmanlının həbsindən apellyasiya şikayəti verilib

0

 

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı barəsində qərardan apellyasiya şikayəti verilib.

 

Vəkil Fəxrəddin Mehdiyev APA-ya bildirib ki, Nəsimi rayon Məhkəməsinin Fuad Qəhrəmanlı barəsində çıxardığı 3 ay müddətinə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayət bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

 

Qeyd edək ki, F. Qəhrəmanlı dekabrın 8-də Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar)  və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunaraq həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar