AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbs qətimkan tədbirinin müddətinin uzadılmasına apellyasiya şikayəti verib.
Lent.az-a bu barədə Fəxrəddin Mehdiyev məlumat verib. O, bildirib ki, artıq Bakı Apellyasiya Məhkəməsinə şiakyət verilib
.
Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmənin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1 (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.
Onu da qeyd ki, mayın 4-də Nəsimi Rayon Məhkəməsində F.Qəhrəmanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay artırılıb