Fransada Hafiz Məmmədovun klubuna qoyulan qadağa götürüldü
16 yanvar 2014 12:05 (UTC +04:00)

Fransada Hafiz Məmmədovun klubuna qoyulan qadağa götürüldü

Fransa Futbol Federasiyasının (FFF) Apellyasiya Komissiyası “Lans” klubuna qoyulan transfer qadağasını götürüb. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “sarı-qırmızılar”a qış transfer dövründə istənilən futbolçunun keçidini həyata keçirməyə icazə verilib.

 

Bu, klubun səhmdarının “Lans”ın hesabına lazımi məbləğdə vəsaiti köçürməsinə dair sənədləri təqdim etməsindən sonra mümkün olub.

 

Qeyd edək ki, transfer qadağasını “Lans”a Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası (DNCG) yanvarın 7-də tətbiq edib. Problem Fransa klubunun hesabına köçürülən vəsaitin bank sübutunun olmamasından qaynaqlanıb. Azərbaycanlı iş adamı Hafiz Məmmədov ötən ilin iyulunda “Lans”a sahib olarkən, kluba ilkin mərhələdə 5 milyon avro, bu ilin iyunun 30-dək isə 6 milyon avro köçürməli idi. Amma klub 6 milyon avronu fevraldan etibarən köçürülməyə başlanmasını, DNCG isə bu ödəmələrə zəmanət verilməsini xahiş edib. “Sarı-qırmızılar” köçürmələrin bank sübutları üçün əlavə bir neçə sənəd də təqdim ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 834
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21