FHN Tovuzda quyuya düşərək ölən fəhlələrlə bağlı məlumat yaydı
23 noyabr 2015 16:30 (UTC +04:00)

FHN Tovuzda quyuya düşərək ölən fəhlələrlə bağlı məlumat yaydı

0

 

Fövqəladə Hallar Nazirliyi Tovuzda baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz rayonu, Düz Qırıqlı kəndində 2 nəfər fəhlənin quyuya düşməsi haqqında məlumat daxil olub. FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər dərinliyi 4 m olan kanalizasiya quyusundan 1966-cı il təvəllüdlü Mürşüdov Azad Qərib oğlu və 1957-ci il təvəllüdlü Musayev Zaman Əsgər oğlunun cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 13:54-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar