İtkin düşən neftçilərin axtarışı ilə bağlı <span style="color:red;">YENİ MƏLUMAT
03 mart 2016 16:24 (UTC +04:00)

İtkin düşən neftçilərin axtarışı ilə bağlı YENİ MƏLUMAT

Ötən ilin dekabr ayının 4-də Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, hadisə baş verən ilk gündən nazirliyin müvafiq qüvvələri, o cümlədən təyyarə və helikopterləri qəza nəticəsində itkin düşən neftçilərin axtarışı işlərini intensiv şəkildə həyata keçirib. 

Bununla əlaqədar bildirilib ki, hazırda axtarış işlərində qüvvə və vasitələrin geniş və intensiv tətbiq edildiyi aktiv fazadan müşahidə-axtarış fazasına keçilib. Belə ki, baş vermiş qəza və neftçilərin itkin düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən Xəzəryanı ölkələrin müvafiq dövlət qurumlarına, Xəzər dənizində üzən gəmilərə isə Dövlət Dəniz Administrasiyası vasitəsilə məlumat verilib və daimi olaraq məlumat mübadiləsi həyata keçirilir. Bundan başqa, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hazırda sahilboyu, Aviasiya dəstəsinin helikopterləri isə mütəmadi olaraq müşahidə-axtarış işləri aparırlar. İtkin düşmüş neftçilərlə bağlı dənizdə aşkar edilən hər hansı diqqət cəkən predmet aşkar edildikdə dərhal müvafiq tədbirlər görülür.

Bütün yuxarıda göstərilən işlər nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən koordinasiya edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181
avatar

Səlcuq Elçin

Oxşar yazılar