FHN-nin Bərdədəki faciə ilə bağlı məlumatı
05 dekabr 2015 23:18 (UTC +04:00)

FHN-nin Bərdədəki faciə ilə bağlı məlumatı

0

Fövqəladə Hallar Nazirliyi Bərdədə 2 nəfərin ölümü ilə  nəticələnən  yanğınla bağlı məlumat yayıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Uğurbəyli kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan 2 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1992-ci il təvəllüdü Məmmədova Fidan Abil qızı və 2 aylıq körpəsi Məmmədova Dəniz Vüsal qızının yanmış cəsədləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 249

Oxşar yazılar