Bu gün Milli Məclisdə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, sənəd barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Ə. Hüseynli bildirib ki, dekabr ayında Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 ili tamam olacaq. Bu üzdən də Azərbaycan prezidenti müvafiq təşəbbüslə çıxış edib.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.