Fərəc Quliyevin narkotik alverində təqsirləndirilən keçmiş müavininin məhkəməsi başlayıb
21 noyabr 2015 10:52 (UTC +04:00)

Fərəc Quliyevin narkotik alverində təqsirləndirilən keçmiş müavininin məhkəməsi başlayıb

0

Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Türkiyə və Azərbaycan vətəndaşlarının apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başlayıb.

 

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 4-nə təyin edilib.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Türkiyə vətəndaşı Fer Adil Yavuz 5 il, Azərbaycan vətəndaşları - Əlirza Amanbəyli 3 il, Bəhram Əliyev isə 1 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən ittiham olunurlar.

 

Onu da qeyd edək ki, Əlirza Amanbəyli bir müddət Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin müavini vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar