Kürdəmir rayonunda azyaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, bu gün rayonun Muradxan kəndində 2008-ci il təvəllüdlü Dünyamalıyev Mehralı Rəsul oğlunu elektrik cərəyanı vurub. Azyaşlı hadisə yerindəcə keçinib.
Bildirilir ki, 6 yaşlı M.Dünyamalıyav uşaqlarla həyətdən keçən su knalında çimirmiş. Həmin vaxt o, həyətdəki nar ağacına çıxıb və ehtiyatsızlıqdan ağacın üstündən keçən və su motoru üçün nəzərdə tutulmuş elektrik naqilinə toxunub.