<b>Əvvəl dostlarını içirtdilər, sonra öldürdülər - <span style="color:red;">QUSARDAKI QƏTL </b>
28 oktyabr 2016 15:57 (UTC +04:00)

Əvvəl dostlarını içirtdilər, sonra öldürdülər - QUSARDAKI QƏTL

Bu gün Qusarda münaqişə zəminində keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirov və Sadiq Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə , Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə isintaqı açıq elan edilib. Söz prokurora verilib. Dövlət ittihamçısı Sabir Abdinov ittiham aktının nəticəvi hissəsini  elan edib. 

Hakim təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın mahiyyətini izah edib.  Bildirib ki,  həmin ittiham üzrə təqsirləndirilən şəxslərin törətdikləri əməl məhkəmədə sübut olunsa,  onları 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər.

Prosesdə zərərçəkən şəxsin hüquqi varisi iştirak etmədiyinə görə, hakim Tamella Nəsrullayeva təqsirləndirilən şəxslərin sərbəst ifadələrinin gələn proses verməsi ilə bağlı qərar qəbul edib.

Proses noyabrın 11-də davam edəcək.

 

 

Qeyd edək ki,  hadisə bu il iyunun 23-də Qusar rayonunun Kuzun-qışlaq kəndində baş verib. Əvvəllər məhkum olunan Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri müşahidə edilən  (boğulma üçün xarakterik) meyiti tapılıb.

Qusar rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İmran Bədirov və Sadiq Əmiraslanov tutulublar.

 

Prosesdə prokuror tərəfindən ittiham aktı oxunarkən, hadisə ilə bağlı bəzi təfərrüatlar da bəlli oldu: 

Müəyyən edilib ki, İmran Bədirov dostu Sadiq Əmiraslanovla Qusar rayonunun mərkəzi bazarında yerləşən "Sürücü" kafesində yeyib-içiblər.

Sərxoş olan dostların yadına digər dostları Əzizulla Məmmədovun söyüş söyməsi düşüb.  Onlar hesab ediblər ki,  Əzizulla bu söyüşləri işlətməklə onların şəxsiyyətini alçaldıb. 

Bu səbəbdən İmran Bədirov və Sadiq Əmiraslanov Əzizullanı öldürmək qərarına gəliblər.

Onlar məqsədlərini həyata keçirmək üçün Əzizullanı  "VAZ-2107"markalı maşına mindirərək "Çoban" dərəsi adlanan ərazisində yerləşən "Şimal" kafesinə gətiriblər.  Onların məqsədi Əzizullanı içirdərək sərxoş etmək olub.

Buna görə də onlar kafedə içki məclisi qurublar.  Sadiq və İmran həmin vaxt spirtli içki içməyiblər və şərait yaradıblar ki,  Əzizulla daha çox spirtli içki qəbul etsin. Əzizullanın sərxoş olduğunu görən dostlar niyyətlərini həyata keçirmək qərarına gəliblər. Daha sonra İmran Bədirov kafenin arxasına keçərək ip götürüb və ipə ilgək vuraraq cibinə qoyub.  Onlar sonra Əzizullanı Samur-Dəvəçi kanalının yanına gətiriblər. Orada Sadiq Əmiraslanov sərxoş olan və müqavimət göstərə bilməyən Əzizulla Məmmədovu döyüb,  İmran Bədirov isə ipi onun boğazına keçirərək boğub.  Əzizulla hadisə yerində vəfat edib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ilə ittiham olunurlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Səlcuq Elçin

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56