Evinin gözətçisini odlu silahla öldürməyə cəhddə təqsirləndirilən 1960-ci il təvəllüdlü Vidadi Quliyevin məhkəməsi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkənim anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 16-a təyin edilib.
Qeyd edək ki, Bakı şəhər sakini V.Quliyev ötən il Lənkəran rayon sakini Elşad Kazımovun Sabunçu rayonunun Ləhiş bağları sahəsindəki yaşadığı evinə girib odlu silahdan ona qarın və əl nahiyələrindən xəsarət yetirib. E.Kazımov xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Quliyev tutulub. Hadisə yerinə baxış zamanı, oradan “Makarov” markalı tapança, patron darağı, 2 ədəd patron və 4 ədəd giliz aşkar edilərək götürülüb. Məlumatda o da qeyd edilib ki, Elşad Kazımov Vidadi Quliyevin bağ evində gözətçi çalışıb. Hadisə zamanı hər iki şəxs sərxoş olub.