Evə soxulub ana və qızını doğradı – <span style="color:red;">TƏFƏRRÜAT
10 fevral 2014 10:27 (UTC +04:00)

Evə soxulub ana və qızını doğradı – TƏFƏRRÜAT

Fevralın 9-u saat 14 radələrində Gəncədə ana və qızı naməlum şəxs tərəfindən bıçaqlanıb. Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Atatürk prospekti ev 265, mənzil 30 ünvanında 1981-ci il təvəllüdlü Mehdiyeva Şəmsinur Yusif qızı və onun anası, 1956-cı il təvəllüdlü Mehdiyeva Kəmalə Kamil qızına şəxsiyyəti hələlik müəyyənləşməmiş şəxs çoxsaylı bıçaq zərbələri endirib. 33 yaşlı Ş.Mehdiyevanın bədənində 20-dən çox, onun anasına isə 5 bıçaq yarası aşkarlanıb. xəstəxanaya yerləşdirilən ana və qızının vəziyyəti ağırdır.

 

İlkin məlumata görə, hadisəni törədən şəxs Ş.Mehdiyeva ilə tanış olmaq məqsədi ilə ona yaxınlaşıb. Qadından rədd cavabı alan şəxs onların evinə gələrək bu hadisəni törədib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb.

# 3459
avatar

Nizam Rza

Oxşar yazılar