Evdən və həyətdən marixuana tapılıb
22 dekabr 2017 11:19 (UTC +04:00)

Evdən və həyətdən marixuana tapılıb

0

Ötən gün daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib. Lent.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Habil Nağıyevin yaşadığı evə baxış keçirilib. Bu zaman evdə və həyətdə ayrı-ayrı yerlərdə sellofan paketlərdə, kisədə və çantada gizlədilmiş narkotik vasitələr aşkar edilərək götürülüb.

 

Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisi 8 kiloqram 884 qram marixuana olması barədə rəy verilib.

 

H.Nağıyev götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

 

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar