Zaqatalada qadağan olunmuş dini təriqətlərdən birini təbliği ilə bağlı əyani vəsaitlər aşkar edilib.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 21-də Zaqatala rayonun Mamrux kəndində yaşayan Məhəmmədrəsul Canayevin evində, oğlu İslamın və Ağdaş rayon sakini Cabir İsmayılovun qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etmələri RPŞ əməkdaşları tərəfindən müəyyən edilib. Evə baxış zamanı 4 ədəd dini kitab, 25 ədəd broşüra və 11 ədəd audio kasset aşkar edilərək götürülüb.