Mərkəzi Təbiz olan Şərqi Azərbaycan əyalətində yerli sakinlərlə məmurlar arasında toqquşma baş verib.
APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, hadisə aprelin 5-də Şəbüstər şəhərinin Nadarlı kəndində olub.
Belə ki, ETTELAAT-ın Şəbüstər şöbəsinin əməkdaşları azərbaycanlı fəallardan birinin toy mərasiminə basqın edərək qarşıqlıq salıblar.
Nəticədə “Salmas” musiqi qrupunun rəhbəri Abbas Nikrəvan döyülüb və aldığı xəsarətlərdən Şəbüstər xəstəxanasına qaldırılıb. ETTELAAT-ın Şəbüstər şöbəsinin əməkdaşları xəstəxanadan evə qayıdarkən azərbaycanlı fəalı Şərəfxana postunda saxlayaraq, Əmakin idarəsinə aparıblar.
A.Nikrəvan sorğu-suala tutulduqdan sonra aprelin 6-da səhər saatlarında sərbəst buraxılıb. Məmurlar A.Nikrəvanın rəhbərlik etdiyi “Salmas” musiqi qrupunun Səbüstər şəhərində çıxışına qadağa qoyulduğunu bildiriblər.