Ermənistan olimpiyaçıları Bakıya gəlir
18 noyabr 2014 10:23 (UTC +04:00)

Ermənistan olimpiyaçıları Bakıya gəlir

 Ermənistan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin 21-22 noyabrda Bakıda keçiriləcək 43-cü sessiyasında iştirak edəcək.

 

APA-nın “Regnum”a istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Olimpiya Komitəsindən bildiriblər. Ermənistan tərəfini komitənin baş katibi Qraçya Rostomyan və komitənin idarə rəisi Vaginak Qalstyan təmsil edəcək. 

 

Toplantıda gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452
avatar

Oxşar yazılar