APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan bəyan edib.
Əsirlərin dəyişdirilməsi ehtimalını dəyərləndirən Ovannisyan azərbaycanlı hərbi əsirin Azərbaycana qayıtmaq istədiyini də vurğulayıb. Qeyd edək ki, Firuz Fərəcov ötən ilin iyulunda əsir götürülüb. Bundan əvvəl erməni mətbuatı onun üçüncü ölkəgə getmək istədiyi barədə məlumat yayıb. Dünən isə erməni mətbuatı əvvəl yazdıqlarını təkzib edərək Firuz Fərəcovun Azərbaycana qayıtmaq istədiyini yazıb.