Yanvarın 23-də saat 21.45-dən başlayaraq 00.00 radələrinədək Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan Silahlı Qüvvələrinin birləşmələri tərəfindən əsasən yandırıcı trasser güllələrdən intensiv atəşə tutulub.
APA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, atəşkəsin pozulması nəticəsində kənddəki evlərdən birində yaşayan 1 uşaq anası 1977-ci il təvəllüdlü Hüseynova Ruhiyyə Əhməd qızı ayaq nahiyəsindən yaralanaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Tovuz rayonu İH-nin Əlibəyli kəndi üzrə nümayəndəsi Valeh Rzayevin APA-ya verdiyi məlumata görə, yandırıcı trasser güllələrdən açılan atəş nəticəsində qeyd olunan evdə yanğın başlayıb, lakin tez bir zamanda söndürülüb.
Qeyd edək ki, Əlibəyli kəndi Tovuz rayonunun düşmənlə təmas xəttinə ən yaxın kəndidir. Kəndin Ermənistanın Berd rayonunun 4 yaşayış massivi ilə 17 km sərhədi var.
Əlibəyli kəndi son bir neçə gündür axşam saatlarında düşmənin intensiv atəşinə məruz qalır.
***
23.47
Cəbhə xəttində vəziyyət gərgin olaraq qalır. Erməni silahlı qüvvələri Tovuzun kəndlərinin atəş altında saxlayır.
Son məlumata görə, ermənilərin açdığı atəş nəticəsində Tovuzun Əlibəyli kənd sakini, 28 yaşlı Hüseynova Ruhəngiz Əhməd qızı ayaq nahiyəsindən yaralanıb.
Hazırda Milli Ordunun əsgərləri ilə erməni silahlı qüvvələri arasında atışma davam edir.
ANS PRESS