Ermənilər atəşkəs rejimini pozmaqda davam edir
07 aprel 2014 10:28 (UTC +04:00)

Ermənilər atəşkəs rejimini pozmaqda davam edir

Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəs rejimini pozmaqda davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Nəmirli, Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında Göygöl və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

 

 

# 298
avatar

Oxşar yazılar