“Azərbaycanda saxlanılan erməni əsir Akop İnciqulyan üçüncü ölkəyə getmək istəməsi barədə Azərbaycan hökumətinə müraciət edib”.
Bunu APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının katibi Şahin Sayılov deyib. Ş. Sayılov əsirin üçüncü ölkəyə nə zaman təhvil veriləcəyini dəqiq bilmədiyini qeyd edib: “Onun sənədləri Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Bakıdakı nümayəndəliyinə göndərilməlidir. Bundan sonra onun hansı ölkəyə veriləcəyi müəyyən ediləcək”.
Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.