Ərini və iki uşağını atıb başqa kişi ilə qaçdı
24 dekabr 2014 23:31 (UTC +04:00)

Ərini və iki uşağını atıb başqa kişi ilə qaçdı

Qubada qadını ərini və iki uşağını ataraq, internetdə tanış olduğu oğlanla qaçıb.

 

“Xəzər TV”nin xəbərinə görə, 6 ildir ki, ailə həyatı quran iki uşaq anası Tamilla Baxışova xalası oğlu ilə ailə qurduqdan sonra Rusiyada yaşıyıb. Onların bir oğlan və bir qız övladları olub. Bir müddət əvvəl isə gəlin qızını da götürüb anası ilə birlikdə Qubanın Davudoba kəndinə qaynatasıgilə qonaq gəlib.

 

Gəldiyi günün axşamı da o, evi tərk edib. Daha sonra isə həm valideynlərinə, həm də Rusiyadakı həyat yoldaşına zəng edərək, başqası ilə getdiyini və ondan nigaran qalmamalarını bildirib.

 

Hadisədən sonra ailə polisə müraciət edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164
avatar

Oxşar yazılar