İyulun 16-da axşam saatlarında Xaçmaz rayonunda qətl hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonunun Xudat şəhər sakini 1976-cı il təvəllüdlü Şahin Bağırov 1987-ci il təvəllüdlü həyat yoldaşını başına küt alətlə vuraraq qətlə yetirib. Yaxınlarının verdiyi məlumata görə, cütlük arasında münaqişə olub. Onlar bir ay öncə rəsmi şəkildə boşanıblar. Buna baxmayaraq birlikdə yaşamağa davam ediblər. Ş.Bağırovun ruhi xəstə olduğu bildirilir.
O, Xaçmaz rayon Polis əməkdaşları tərəfində saxlanılıb. Ailənin 3 övladı var.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.