Bakıya qaçıb kafedə işləyən arvadını amansızlıqla öldürdü - <span style="color:red;">YENİLƏNİB
11 aprel 2014 16:44 (UTC +04:00)

Bakıya qaçıb kafedə işləyən arvadını amansızlıqla öldürdü - YENİLƏNİB

Masallı rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. APA-nın cənub bürosunun məlumatına görə, bu gün həyat yoldaşı tərəfindən qətlə yetirilən Aysel Xancanova ay yarım öncə evdən çıxaraq naməlum ünvanda yaşayıb. Onun qayınatası Mirsalman Ağayevin sözlərinə görə, gəlinin qəfildən yoxa çıxması faktı ilə bağlı polis orqanlarına məlumat verilib. Sonradan məlum olub ki, A. Xancanova Bakıdakı kafelərin birində işləyir. İki gün öncə isə rayona qayıdan Aysellə əri Mirpaşa arasında mübahisə düşüb. Mübahisə qətllə nəticələnib.

 

İlkin araşdırmalardan o da məlum olub ki, M. Ağayevlə A. Xancanovanın nikahları qeyri-rəsmi olub və onların üç övladı (6 yaşlı Nursel, 5 yaşlı Nərgiz və 1,5 yaşlı Rza) var.

 

O da bildirilib ki, M. Ağayevin bacısı A. Xancanovanın qardaşının arvadıdır.

 

Masallının Dadva məhəlləsindən gəlin köçmüş A. Xancanova ərinin doğulduğu Seyidlər kəndində dəfn olunub.

 

 

 

 

*****

 

12:07

 

 

Masallı rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə Masallı şəhərinin Dadva adlanan ərazisində qeydə alınıb. Şəhər sakini, 1988-ci il təvəllüdlü Mirpaşa Mirsalman oğlu Ağayev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aysel İbrahimxəlil qızı Xancanovanı bıçaqla bədən xəsarəti yetirməklə öldürüb. M.Ağayev saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

 

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4150
avatar

Oxşar yazılar