Ər-arvad dəm qazından zəhərləndi
21 dekabr 2015 09:37 (UTC +04:00)

Ər-arvad dəm qazından zəhərləndi

0

Zaqatalada ər-arvad dəm qazından zəhərlənib.

 

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dekabrın 20-dən 21-ə keçən gecə  rayonun Yuxarı Tala kənd sakinləri, 1992-ci il təvəllüdlü Rauf Əlibəy oğlu Kırtımov və onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Kəlmət Rəcəb qızı Kırtımova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, ər-arvad yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən ər-arvadın vəziyyətinin hazırda orta-stabil olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 549

Oxşar yazılar