Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun məhkəməsinin vaxtı müəyyənləşib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin icraatına baxılacaq işdə ilk proses dekabrın 22-i saat 10-a keçiriləcək.
Qeyd edək ki, N.Ağabəyov Meydan.tv saytının direktoru, hazırda Almaniyada yaşayan Emin Millinin qaynıdır. O, ilin iyul ayında həbs edilib. Nazim Ağabəyov narkotik maddələrin satışında şübhəli bilinərək saxlanılıb.