Əməkdar artist Elza Seyidcahan bu gün Rəşid Behbudov adına Dövlət mahnı teatrında konsert verib. Lent.az-ın məlumatına görə, əməkdar artist konsert zamanı Heydər Əliyevin 92 illik yubileyinə həsr etdiyi mahnını oxuyub: “Fərqli bir gün yaşadığımı deyə bilərəm. Bu günki konsertdə bir neçə bəstəmi təqdim etdim. Mənimlə eyni səhnəni tələbələrim də bölüşdü. Düşünürəm ki, indidən gənc ifaçılar böyük səhnələrə yol açmalıdırlar. İstedadlı gənclərə hər zaman dəstəyəm. Onu da deyim ki, tələbələrimlə mənə xaricdən təklif gəlib. Səfərlərimiz var. Yaradıcılıq işlərim bununla bitməyəcək. Qarşıda bir çox yeni və qeyri-adi layihələrim var. Hər zaman qeyri-adi layihələrə mən imza atmışam. Sonra mənim atdığım addımları təkrarlayanlar da olub. Bu da normaldır. Tamaşaçı ağı-qaradan ayıra bilir. Bilir ki, hansı layihəni birinci mən etmişəm”.