Dünyaca məşhur Elton Con Rusiya homoseksuallarını dəstəkləmək üçün bu ölkəyə gələcək. Lent.az-ın məlumatına görə bu barədə müğənni “The Guardian”a danışıb.
E. Con bildirib ki, o, Rusiyada homoseksualizmin təbliğini qadağan edən qanunun qəbulundan sonra səfərini təxirə sala bilərdi: “Ancaq bu boykot Rusiyada yaşayan homoseksualları təcrid edərdi. Mən bu insanları tərk edə bilmərəm, onları tək qoya bilmərəm və onları dəstəkləməliyəm. Mən getməliyəm və orada nə danışacağımı yaxşı fikirləşməliyəm Qeyd edək ki, E.Conun konserti dekabrın 6-da “Krokus Siti Holl”un konsert zalında baş tutacaq.
aznews.az