Eldar Sultanov: “Təklif Elşad Abdullayevin özünə və nümayəndəsinə rəsmi qaydada çatdırılıb”
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevə Azərbaycana gələrək cinayət işi üzrə ifadə verməsi təklif olunub.
Bu barədə E. Abdullayevin ifadəsinin alınıb-alınmaması ilə bağlı APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. E. Sultanov qeyd edib ki, cinayət işi üzrə ifadə verməsi ilə bağlı təklif E. Abdullayevin özünə və onun nümayəndəsinə rəsmi qaydada çatdırılıb: “Hazırda həmin işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.
Qeyd edək ki, E. Abdullayevin yaydığı video görüntülərlə əlaqədar tutulan sabiq millət vəkili Gülər Əhmədova istintaqa ifadə verməkdən imtina edib. O, E. Abdullayevin dindirilməyəcəyi təqdirdə istintaqa ifadə verməyəcəyini açıqlayıb.