Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev yeni video yayıb.
APA-nın “Azadlıq” qəzetinə istinadən verdiyi məlumata görə, budəfəki videoda E. Abdullayevin MTN əməkdaşı ilə söhbəti əks olunub. Kadrlar 28 fevral 2009-cu ildə qeydə alınıb. Söhbət zamanı E. Abdullayev qardaşı Mahir Abdullayevin geri qaytarılması və digər vədlərlə ondan pul almış şəxslərlə bağlı materialları və videodiskləri Rəsul Rəsulova təqdim edir. Sonda isə R. Rəsulova E. Abdullayevə ondan nələri təhvil aldığına dair öz dəst-xətti ilə yazıb imzaladığı sənəd verir. E.Abdullayev videonu müşayiət edən arayışında qeyd edir ki, R. Rəsulov M. Abdullayevin işi üzrə ötən ilin oktyabrında yaradılan Müstəqil İstintaq Komissiyasının üzvüdür.