Əli İnsanov barəsində həbs qətimkan tədbiri seçildi
11 oktyabr 2016 18:49 (UTC +04:00)

Əli İnsanov barəsində həbs qətimkan tədbiri seçildi

0

Bu gün Qaradağ rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun həbs qətimkan tədbiri seçilib.

Lent.az-ın məlumatına görə, Qaradağ rayon Prokurorluğun təqdimatı əsasında məhkəmədə sabiq nazir barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Ə.İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Bu il avqustun 24-də Ə.İnsanova yeni cinayət işi açılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar