Əli Ağaminin həbs müddəti daha 3 ay artırıldı
12 may 2018 15:00 (UTC +04:00)

Əli Ağaminin həbs müddəti daha 3 ay artırıldı

Bakıda xüsusi təyinatlı qatardan qaçan məhbus Əli Ağaminin barəsində seçilmiş həbs qətimkan tədbiri uzadılıb.

 

Lent.az-ın məlumatına görə, Nəsimi rayon Məhkəməsində  hakim Babək Pənahovun  sədrliyi ilə keçirilən prosesdə prokurorluğun təqdimatına baxılıb.

 

Hakimin qərarına əsasən, təqdimat təmin edilib. Ə.Ağaminin həbs müddəti daha 3 ay artırılıb.

 

Qeyd edək ki, qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağamivə digər məhbus, "Qoca" ləqəbli Etibar Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Ötən il oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.

 

Nəsimi Rayon Məhkəməsi Ə.Ağaminin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçmişdi.

 

28 yaşlı Ə.Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Ə.Ağamidir. Qətlə yetirilən E.Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb.

 

Hazırda Ə.Ağaminin qaçmasına görə açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

 

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası Ə.Ağami və digərlərinə hökm oxuyub. Məhkəmənin hökmü ilə Ə.Ağami 19 il, Məhəmməd Heydərov ("Maqa Hacıqabullu"), Tahir Məlikov ("Marojna") və Əfsər İbrahimovun hər biri isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280
avatar

Səlcuq Elçin

Oxşar yazılar